(25 ədəd bilinçik üçün)

Ərzaqlar:

25 ədəd hazır blinçik
300 q toyuğun döş əti
100 q pendir
1 baş soğan
3 x.q yağ
Duz
İstiot

Hazırlanması:

Blinçiki hazırlamaq üçün bax:[url=http://resept.az/blincik-4-8541.html]Blinçik[/url]
Toyuğun döş ətini suda bişiririk. Suyuna az duz tökürük. Bişdikdən sonra doğrayırıq.

Soğanın qabığını soyub yuduqdan sonra xırda doğrayıb üstünə duz və yağ töküb, qızılı rəngdə olanadək bişiririk.

Soğan hazır olanda toyuğun döş ətini doğrayıb soğanın üstünə əlavə edirik.

Zövqə görə duz və istiot səpib 3-5 dəqiqə qarışdırıb götürürük.
Ət maşınından keçiririk.
Üstünə pendiri sürtgəcdən keçirib tökürük və qarışdırırıq.

İçlik hazırdır. İçliyi blinçiklərin içinə yığırıq.

Az yağda qızardıb süfrəyə veririk.

Nuş olsun!

Comments

comments