Ərzaqlar:

1,5 kq toyuq əti

5 ədəd baş soğan

4-5 yumurta

2 x.q əridilmiş kərə yağı

1/2 ç.q sarıkök

Duz (zövqə görə)

İstiot (zövqə görə)

Hazırlanması:

Doğranmış toyuğu 30-40 dəqiqə suya duz töküb, bişiririk.

Soğanı doğrayıb duz səpib, əvvəlcə yağda qovururuq. Sonra sarıkök töküb, qarışdırıb, az qovururuq.

Bişmiş toyuğu soğanın üstünə əlavə edib, duz və istiotunu töküb, 5-10 dəqiqə qovururuq.

Əgər toyuğun əti tam bişməyibsə, qovurandan sonra az bulyon tökürük.

Suyu çəkilib, yağa düşəndə yumurtaları sındırıb, duz, istiot səpib, çalıb, yeməyə əlavə edirik.

Yumurta özünü tutub bişəndə o biri tərəfini də çevirib tam bişiririk.

Nuş olsun!

Comments

comments