Ərzaqlar: 

300 q toyuğun döş əti

2 ədəd yumurta

2 x.q mayonez

2 x.q un

1 diş sarımsaq

1 balaca dəstə şüyüd

Zövqə görə duz və istiot

Qızartmaq üçün:

Bitki yağı

Hazırlanması:

Toyuğun döş ətini xırda dörd künc doğrayırıq.

Sarımsağı xırda doğrayırıq.

Şüyüdü xırda doğrayırıq.

Bütün ərzaqları duz və istiot töküb qarışdırırıq.

Tavaya yağ töküb qızdırırıq. Hazır kütlədən tavaya bir dolu xörək qaşığı aralı-aralı kotlet formasında tökürük.
Hər iki üzünü qızardırıq.

Kotletimiz hazırdır.

Nuş olsun!

Comments

comments