Ərzaqlar:

400-500 q toyuğun döş əti

3-4 x.q ketçup

3 -4 x.q mayonez

1 balaca baş soğan

2 diş sarımsaq

Duz

Istiot

Hazırlanması:

Toyuğun döş ətini yuyub xırda doğrayırıq.

Soğanın və sarımsağın qabığını soyub yuduqdan sonra xırda doğrayırıq.

Ətin üstünə ketçup, mayonez, duz, istiot, doğradığımız soğan və sarımsağı əlavə edib qarışdırırıq.

Qarışığı 5-6 saat sərin yerdə saxlayırıq.

Sonra toyuğun ətini çubuğa keçirib soba qabına kağız qoyub yığırıq.

(Qaba istəsəniz kağız qoyun ya da yağlayın).

200 dərəcədə qızdırılmış sobada tamam qızaranadək bişiririk.

Ust tərəfi qızaranda alt tərəfini çeviririk ki, hər tərəfi qızarsın.

Nuş olsun!

Comments

comments