Ərzaqlar:

500 q toyuğun döş əti

15-20 ədəd qara gavalı

2/3 st qoz ləpəsi

1 diş sarımsaq

1-2 ədəd yumurta

4-5 x.q un

4-5 x.q suxarı

Duz

Istiot

Qızartmaq üçün zeytun yağı

Hazırlanması:

Toyuğun döş ətini yuyub nazik laylara bölüb ət döyənlə döyəcləyirik.

Sonra iki hissəyə bölürük. Düz və istiot vururuq. Bu şəkildə hamısını hazırlayırıq.

Yumurtanı çalırıq. Un və suxarını düz qaba tökürük.

Qara gavalını üstünə qaynar su töküb 10 dəqiqə saxlayırıq.

Sonra qurulayıb xırda doğrayırıq.

Qoz ləpəsini blenderdən keçiririk.

Qoz və qara gavalının üstünə sarımsağıəzib tökürük. Duz və istiot əlavə edib qarışdırıq.

Ətin bir layına bir başdan içlikdən qoyub bükürük.

Bükdüyümüz döş ətini əvvəlcə yumurtaya salırıq.

Sonra una salırıq.

Sonra yenə yumurtaya salırıq.

Yumurtadan çıxarıb suxarıya salırıq.

Tavaya qızdırılmış yağın içinə qoyub hər bir tərəfini qızardırıq.

Hamısı qızardıqdan sonra vam odda 10-15 dəqiqə bişiririk.

Nuş olsun!

Comments

comments