Ərzaqlar:

500 q toyuğun döş əti

150 q pendir (əriyən)

1 balaca dəstə cəfəri

1-2 ədəd yumurta

4-5 x.q un

4-5 x.q suxarı

Duz

Istiot

Qızartmaq üçün zeytun yağı

Hazırlanması:

Toyuğun döş ətini yuyub nazik laylara bölüb ət döyənlə döyəcləyirik.

Sonra iki hissəyə bölürük. Düz və istiot vururuq. Bu şəkildə hamısını hazırlayırıq.

Yumurtanı çalırıq. Un və suxarını düz qaba tökürük.

Pendiri sürtgəcin böyük gözündən keçiririk.

Cəfərini yuyub xırda doğrayırıq.

Ətin bir layına bir başdan pendir və cəfəri səpib bükürük.

Bükdüyümüz döş ətini əvvəlcə yumurtaya salırıq.

Sonra una salırıq.

Sonra yenə yumurtaya salırıq.

Yumurtadan çıxarıb suxarıya salırıq.

Tavaya qızdırılmış yağın içinə qoyub hər bir tərəfini qızardırıq.

Hamısı qızardıqdan sonra vam odda 10-15 dəqiqə bişiririk.

Nuş olsun!

Comments

comments