Ərzaqlar:
1 ədəd toyuğun döş əti, 2 ədəd bibər (hər birinin yarısı), 4 x.q duru yağ, 1 balaca baş soğan, 50 q kaşar ya holland pendiri, 3 x.q pomidor sosu leçosu, duz, istiot
Hazırlanması:
Bibərləri və soğanı yuyub nazik uzun doğrayırıq.
Soba qabına kalka kağızını sərib bibər və soğanı tökürük. Üstünə duz istiot səpirik yağdan tökürük.
Toyuğun döş ətini təmizləyib yuyub bibərin üstünə qoyuruq. Üstünə duz istiot səpirik. Yağdan tökürük.
Ətin üstünə pomidor sosunu töküb yayırıq.
Pendiri sürtgəcdən keçirib üstünə tökürük.
Kağızı bağlayırıq. Başqa bir kağız da götürüb yaxşı örtürük.
180 dərəcə qızmış sobada saata bişiririk.
Nuş olsun!