Ərzaqlar:
12 ədəd toyuq budunun dibi
2 st qoz ləpəsi
3 x.q alça turşusu
4 ədəd baş soğan
Duz
İstiot
Hazırlanması:
Bud dibinin sümüklərini bıçarla kəsib götürürük.
Mətbəx çəkici ilə əti döyüb açırıq.
İçliyi hazırlayaq. Soğanı ət maşınından keçirib parçanın arasında sıxıb suyunu çıxarırıq.
Qozu qoz çəkən maşından keçiririk.
2 x.q alça turşusunu, çəkilmiş qoz ləpəsini, soğanı duzu və istiotu töküb yaxşı qarışdırırıq. İçlik hazırdı.
Ətə duz istiot və turşudan vururuq. Sonra içliyi qoyub bükürük.
Diş çopü ilə yanlarını bərkidirik.
Tavaya yağ töküb hazır ləvəngiləri yığırıq.
200 dərəcə qızdırılmış sobada tam qızaranadək bişiririk.
Bir tərəfi qızaranda o biri tərəfini də çevirin qızarsın.
Hazır ləvəngilərin çöplərini çixardıb süfrəyə veririk.
Nuş olsun!