Ərzaqlar:


200 q xama

5 x.q mayonez

2 ədəd yumurta

1/2 ç.q duz

Aparanadək un.

Hazırlanması:

Dərin bir qaba əvvəlcə 2 st un tökürük. Üstünə xamanı, mayonezi, yumurtanı və duzu əlavə edib qarışdırırıq.

Sonra yumşaq xəmir olanadək lazım olduğu qədər un töküb yumşaq xəmir düzəldirik.

Xəmiri iki hissəyə bölürük. Yəni bu reseptlə diametri 28-30 sm olan iki pizza alınır.

Qaba kağız qoyub kündənin birini diametri 28-30 sm olmaqla yayırıq.

Üstünə istədiyiniz üzlük töküb bişirə bilərsiniz.

Nuş olsun!

Comments

comments