
Ərzaqlar:

1 dəstə tərxun
6 st su
8 x.q şəkər tozu
1ədəd limon suyu
Hazırlanması:
Tərxunu təmizləyib yuduqdan sonra üstünə qaynar suyu töküb 2-3 saat saxlayırıq.

Sonra süzgəcdən keçirib şəkər tozunu və limon suyunu əlavə edib şəkər əriyinə qədər qarışdırırıq.

Şərbət süfrəyə soyuq halda verilir.
Nuş olsun!






























