Ərzaqlar:


1 st tel şəhriyyə(xırda vermeşel)
2 st ət suyu
2 st su
2 x.q əridilmiş kərə yağı
2 ədəd baş soğan
1 ədəd böyük pomidor
2 ədəd kartof
1 ədəd kök
Balaca dəstə keşniş
Duz
Istiot

Hazırlanması:

Təmizlənib yuyulmuş soğanı xırda doğrayırıq.

Soğanın üstünə yağ və duz əlavə edib qızılı rəngdə olanadək qovururuq.

Kökü təmizləyib yuyub sürtgəcdən keçirib soğanın üstünə töküb 2-3 dəqiqə qovururuq.

Pomidoru yuyub qabığını soyub xırda doğrayırıq.

Doğranmış pomidoru kökün üstünə əlavə edib suyu çəkilənədək qovururuq.

Üstünə suyu və ət suyunu tökürük.

Qaynamağa başlayanda kartofu xırda doğrayıb tökürük.

15 dəqiqə kimi qaynadıqdan sonra tel şəhriyyəni əlavə edib qarışdırırıq.

Yeməyin kartofu və şəhriyyə bişdikdə yeməyin duz və istiotunu əlavə edib qarışdırıb ocaqdan götürürük.

Şorbanı süfrəyə verdikdə təmizlənib yuyulmuş keşnişi xırda doğrayıb üstünə tökürük.

Nuş olsun!

Comments

comments