Ərzaqlar:1 paket  Superfresh qarnir (doğranmış hazır kök, kartof və yaşıl noxud), 3 ədəd yumurta, 1 ədəd tər xiyar, 2 ədəd turşu xiyar, balaca dəstə şüyüd və göy soğan, 3 ədəd yumurta, 200 qr. ət, duz, istiot, 6 x.q (yarı yarıya xama və mayonez)

Hazırlanması:

Təzə xiyarı və turşu xiyarı xırda doğrayırıq.Yumurtanı bişirib təmizləyirik. Soyuduqdan sonra  xırda doğrayırıq.Əti duzlu suda qaynadıb bişiririk, soyuduqdan sonra xırda doğrayırıq.Garniri yarım qazan qaynayan suya  əlavə edib (buzunun açılmağını gözləmədən, elə buzlu halda əlavə edirik), 10 dəqiqə qaynadıb, süzüb götürürük.Göyərtiləri təmizləyib yuyub xırda doğrayırıq. Qarnirin üzərinə doğranmış göyərtini, əti, yumurta və xiyarı əlavə edirik . Duz və istiot tökürüb qarışdırırıq.Xamanı və mayonezi hər birindən  3 x.q əlavə edib qarışdırırıq. Zövqə görə duz istiotuna baxırıq. Lazım gəlsə əlavə edirik. Nuş olsun.

Comments

comments