Ərzaqlar:

4 ədəd badımcan

2 ədəd baş soğan

2 diş sarımsaq

4-5 ədəd pomidor

2 ədəd şirin bibər

500 q xırda doğranmış ət

150-200 q holland pendiri

2 x.q əridilmiş kərə yağı

Duru yağ

Duz

İstiot

Hazırlanması:

Təmizlənib yuyulmuş xirda doğranmış əti suda bişiririk. Az duz tökürük.


Soğanın və sarımsağın qabığını soyub yuyub doğrayırıq.

Bibəri yuyub təmizləyib doğrayırıq.

Badımcanın qabığını aralı kəsib halqa boğrayırıq. Düzlayıb 15 dəqiqə saxladıqdan sonra sıxıb acı suyunu çıxarırıq. Suyub sıxıb az duzlayırıq.

Doğranmış soğan ilə sarımsağın üstünə az duz və əridilmiş kərə yağı töküb qızılı rəngdə olanadək qovururuq.

Sonra qovrulmuş soğanın üstünə bişmiş əti töküb 3-5 dəqiqə qovururuq. Zövqə görə duz və istiotunu əlavə edirik.

Başqa bir tavada duru yağda badımcanların hər iki üzünü qızardırıq.

Bibəri də 3-5 dəq yağda qovururuq. Üstünə az duz istiot səpirik.

Pomidorların qabığını soyub halqa doğrayıb tavada az duz istiot səpib iki tərəfini pörtürük.

Qaba birinci qızarmış badımcanların yarısını düzürük.

Badımcanın üstünə soğanla qovurduğumuz əti töküb yayırıq.

Ətin üstündən qalan badımcanı düzürük.

Badımcanın üstündən bibəri sonra isə pomidoru düzürük.


Pendiri sürtgəcdən keçirib pomidorun üstünə səpirik.

200 dərəcədə qızdırılmış sobada üzü qızılı rəngdə olanadək bişiririk.

Yeməyi isti-isti süfrəyə veririk.

Nuş olsun!

Comments

comments