Ərzaqlar

200 q toyuğun döş əti

1 ədəd tər xiyar

1 ədəd alma

1/2 st qoz ləpəsi

1 ədəd kahı

1 ədəd limon

2-3 diş sarımsaq

4-5 x.q. bitki yağı

Duz

İstiot

Hazırlanması

Toyuğun döş ətini duz töküb suda bişiririk. Soyuduqdan sonra xırda doğrayırıq.

Xiyarı dörd künc doğrayırıq.

Qozu sürtgəcdən keçiririk.

Almanın qabığını soyub dörd künc doğrayırıq.

Salat üçün şirəni düzəldək. Bitki yağının üzərinə əzilmiş sarımsağı, limonun şirəsini, duzu və istiotu töküb yaxşı qarışdırırıq.

Kahı yarpağını əlimizlə kiçik hissələrə bölürük.

Kahı ilə toyuğun döş əti, xiyar, alma və qozu qarışdırırıq.

Salatın şirəsini əlavə edib qarışdırırıq. Zövqə görə bəzəyirik.

Nuş olsun!

Comments

comments