Ərzaqlar:
(4 nəfər üçün)
Xəmir üçün:
3 st un
1 st su
1 ədəd yumurta
1 ç.q duz
Yuxaları yaymaq üçün əlavə un
İçlik üçün:
250 q çəkilmiş ət
1 baş soğan
1/2 ç.q duz
1/2 ç.q pul bibər
Şirəsi üçün:
2 x.q əridilmiş kərə yağı
1 x.q pomidor məti(tomat)
Bir çimdik qara istiot
Hazırlanması:
İçliyi hazırlamaq üçün çəkilmiş ətin üstünə soğanı xırda doğrayıb tökürük. Duz və istiotunu əlavə edib qarışdırırıq.
Xəmiri hazırlamaq üçün ərzaqları dərin qaba töküb qarışdırıb xəmiri düzəldirik.
Kündənin birini götürüb yayırıq.
Yayılmış yuxanı mantı kəsən dəmirin üstünə səririk. İçlikdən qoyuruq.
İkinci kündəni yayıb üstünü örtürük.
Oxlovla üstündən bərk basırıq. Kəsilmiş xəmirləri götürürük.
Bu şəkildə xəmir qurtarana qədər hazırlayırıq. Yandan çıxan xəmiri yenidən kündələyib yenə yayırıq.
Üstü üçün şirəni hazırlayırıq.
Tavada yağı əridib üstünə tomatı əlavə edirik. Az qovururuq. Zövqə görə istiot səpirik.
Qazanda su qoyuruq qaynayır. Suyuna duz tökürük.
Hazır olduqda suyunu süzürük.
Qablara yığırıq. Üstünə şirəni əlavə edib süfrəyə veririk.
Nuş olsun!