Ərzaqlar:

1,5 kq sümüklü qoyun əti

1 kq baş soğan

5 ç.q sumaq

1/3 ç.q sarıkök

500 q təmizlənmiş şabalıd

Duz

Istiot

Hazırlanması:

Soğanın qabığını soyub yuyub iki bölüb nazik doğrayırıq.

Doğranmış əti yuyuruq.Ətin üstünə sumaq, sarıkök, duz,istiot və doğranmış soğanı əlavə edib yaxşı qarışdırırıq.

Qazana 1 st su töküb yeməyi vam odda bişməyə qoyuruq.

Arada yeməyi qarışdırırıq.

2 saat yemək qaynadıqdan sonra təmizlənmiş şabalıdı əlavə edib qarışdırırıq. (Ət tam bişməlidir. Ətin cavan ya yaşlı olmasına görə bişmə müddəti dəyişə bilər)

Şabalıd bişdikdə kababımız hazır olacaq.

Kababı zövqə görə bəzəyib süfrəyə veririk.

Nuş olsun!

Comments

comments