Italyan mətbəxi – burada yemək hazırlamaq sadəcə aclığı qarşılamaq deyil, həm də damaq zövqünü qacıqlandıracaq bir sənətdir.
Tagliatelle Italyan dilində ‘kəsmək’ mənasını verən ‘tagliare’ sözündən törədilmiş olub, İtalyanın Emilia-Romagna və Marche bölgələrində ortaya çıxmış olan bir makaron / əriştə növüdür. Ancaq bütün başqa makaronlardan fərqli olaraq bunun bir hekayəsi var. Tagliatelle orta əsrlərdə usta bir aşbaz tərəfindən Lucrezia d`Estenin saçlarından ilhamlanaraq yaradılmışdır deyilir. Əslində bu hekayənin 1930`larda ortaya atılmış bir zarafat olduğu bilinsə də uğurlu bir mövqeləndirmə olmuş və məhsul hisslərə toxunaraq özünə məxsusi bir yer qazanmışdır. Uzun müddət ancaq gümüş qablarda zənginlərə servis edilən bu təam zamanla kütlənin damaq dadı olmuşdur.
Tagliatelle uzun lentvari forması ilə yanaşı tərkibi ilə də səciyyələnir. Bələ ki, bunun hazırlanmasında sudan istifadə edilmir və onun yerinə 1 yumurta 100 qr. un nisbəti ilə yumurtadan istifadə edilir. Əmici bir makaron olduğu üçün bolonez sousu kimi ağır, ətli sousları daha çox sevir.
Tagliolini isə ad olaraq oxşamaqla bərabər forma olaraq fərqlənir. Nisbətən daha qısa və silindrvari formada olur.
Bu qədər iştahaçan bir girişdən sonra düşünürəm mətbəximizdə özümüzə italyansayağı bir göbələk souslu makaron hazırlayıb ziyafət çəkmək heç də pis olmaz. Ümumiyyətlə makaron bişirmək asan olsa da, hətta heç yemək bişirməyi bilməyənlər söhbət qayğanaq və makaron olduqda ürəklənsələr də, bütün yeməklərdə olduğu kimi makaronda da siz onu sadəcə aclığınızı yatırmaq üçün deyil damağınız üçün hazırlayanda gərək bəzi nüanslara diqqət edəsiniz.
Məsələn, makaronu qaynatdıqdan sonra soyuq suyun altına tutmayın, qida dəyərini azaltmayın.
Makaronu qaynatdığımız sudan bir stəkan kənara alıb sousumuza qataq, bu halda makaron sousu daha yaxçı əməcək.
Sousu hazırlayanda kalori tərəddüdü ilə kremi (qaymağı) az qoymayın, kremin dadı bol qaymaqla özünü tutacaq.
Pendiriniz Parmezan olsun, makaronla Parmezan qədər heç bir pendir ideal uyğunlaşmır.
Bütün bu nüanslarla birlikdə, gəlin bir həftəsonu mətbəximizdə özümüzə makaron ziyfəti verək …
- 1 yemək qaşığı kərə yağı
- 1 diş sarımsak, ince doğranmış
- 4 ədəd yaşıl soğan
- 300 gr. tagliatelli
- 300 gr. göbələk
- 200 ml qaymaq (krem)
- duz, istiot
- Parmezan pendiri
- Qazanda duzlu su qaynadırıq.
- Göbələkləri və soğanı yuyub doğrayırıq.
- Tavada (orta odda) kərə yağını əridib doğradığımız sarımsağı əlavə edirik. 1-2 dəqiqə qovurub üzərinə soğanı əlavə edib birlikdə 4-5 dəqiqə xaşlayırıq. Üzərinə də göbələyi töküb təxnimən 5 dəqiqə daha qarışdıraraq bişiririk.
- Vam oda alıb üzərinə qaymağı töküb qarışdırırıq. Qaynamağa başlamadan ocağı söndürürük. Zövqə görə sousa tuz istiot atırıq. Sousumuzu hazırda gözlədirik.
- Makaronu (tagliatelle) qaynayan suya töküb paketinin üstündəki müddətdə qaynadırıq. Suyundan 1 çömçə qədər alıb kənara qoyduqdan sonra makaronu süzüb üstünə sousu və ayırdığımız suyu töküb qarışdırırıq. Qablara çəkib üstünə bol miqdarda parmezan pendiri rəndələyirik.
Qeyd: resept 2 nəfərlikdir. zövqə görə üstünə qırmızı bolqar bibəri doğrayıb səpə bilərsiniz.