Şirniyyatlar içində bəlkə də ən asan hazırlananı keksdir. Bu mənada keksin kəlimə olaraq bir çox dildə məcazən ‘asan’ mənasında işlənməsi heç də təsadüf deyil. Mən mətbəxlə arası olmayanlara və ya yeni öyrənənlərə tez tez keks bişirməyi tövsiyyə edirəm. Adətən bütün işlərdə olduğu kimi mətbəxdə də, həvəslə hazırlamağa başladığınız bir resept yaxşı alınmadıqda əliniz soyuyur, mənlik deyil deyib mətbəxdən uzaqlaşırsınız. Ancaq kekslərdə bu hal olmur, çünkü hazırladığnız keks daim yeməli olur və sizi, aha bu bunu belə etməsəydim və ya fərqli etsəydim və ya filan inqrediyentlə də etsəydim maraqlı alınardı düşüncəsi ilə növbəti dəfəyə motivasiya edir. Keks elə bir reseptdir ki, burada sizin fantaziyanızın sərhəddi yoxdur, nə ilə istəsəniz yoxlaya bilərsiniz. İçinə quru meyvələr qata, damla şokolad ata, sitrus meyvələrinin qabıqlarını rəndələyə bilər, ütünə fərqli kremlər, şokolad sürtə və bəzəyə bilərsiniz. Hətda xəmirində də süd, qatıq, kəsmik, xama istifadə edə bilərsiniz, kakao vura bilersiniz və bütün variantlarda keksiniz alınacak və hər biriniz özünəməxsus fərqliliyi olacaq. Artıq vaxla damaq zövqünüzə görə özünüzdə bir favoriti müəyyən edəcəksiniz, xəmirində, bişirməyində də əliniz tam qərərinə öyrəşəcəkdir. Artıq axşama çayla içməyəmi olsun, səhər yeməyinəmi olsun, uşaqların məktəb çantasına atmağa və ya özünüz ilə işə aparmağamı olsun kekslər sizin daim ən alçatan, ən funksiyonal çıxış yolunuz olacaqdır. 

Bəzən hər birimizin evdə öz özümüzə yaxşı bir çay dəmləyim içim və ya kofe hazırlayım dediyimiz vaxtlar olur. Əslində dəmlədiyimiz çay və ya hazırladığımız kofe hər gün dəfələrlə dəmlədiyimiz çay ilə eynidir, ancaq sanki özeldir. Çünkü, belə hallarda evdə işləri bitirmiş oluruq və fikrimizdə özümüzə sakit bir vaxt ayırmaq olur, bir kitab, jurnal oxuyarıq ya da sevdiyimiz serialın baxmadığımız bölümünü internetdən izləyərik və o çay , qəhvə məhz bu zaman rəng qatacağı üçün fərli olur. Siz bu çayın və qəhvənin yanına bir də favorit keksini əlavə etdikdə o vaxtınız daha ləzzətli olur.

Bu gün sizinlə mənim favotitlərimdən birisi olan darçınlı keksin reseptini böluşəcəyəm. Ancaq əvvəlcə keks hazırlamaq hər nə qədər asan olsa da diqqət etməyimizin yaxşı olacağı bəzi xırdalıqlar haqqında məlumat vermək istəyirəm. Belə ki, keksi qablara yığanda ağzında qədər doldurmamağa, təxminən 1 sm. boşluq saxlamağa çalısaq, işdikcə çox qabaracaq. Egər kakaolu hazırlayırsınızsa içinə damla şokolad qoymayın, kakao, şokolad ağır olur. Eğər portağal, limon vs. qabığını rəndələyib qatmaq istəyirsinizsə bu zaman qabığın üz hissəsini doğrayın altının ağı da rəndələnməsin, acılıq verir.


Darçınlı keks
Ərzaqlar:
  • 1 su stəkanı qatıq
  • su stəkanı şəkər tozu
  • Yarım su stəkanı bitki yağı
  • 3 su stəkanı un
  • 3 ədəd yumurta
  • 1 paket qabartma tozu
  • 1 paket vanil
  • 1 çay qaşığı darçın
Hazırlanışı:
  • Yumuta və şəkər tozunu bir qaba töküb mikserle ağaranadek çalırıq.
  • Üstünə qatığı və yağı əlavə edib yenə çalırıq.
  • Sonra üzərinə unu, tarçını,qabartma tozunu və vanili əlavə edib həll olanadək çalırıq. 
  • Xəmiri qablara (istər dəmir, istər hazır birdəfəlik kağız qablara) tökürük. Qabları tam doldurmuruq, qabarma payı olaraq başından bir barmaq yer saxlayırıq. 
  • 180 dərəcə sobada 40 dəqiqə bişiririk. 

 Qeyd: resept 12-15 ədəd alınır. 

Comments

comments