Azərbaycanın milli xörəklərindən biridir.

Ərzaqlar:

(3 nəfərlik)

Xəmir üçün:

2 st un

1/2 ç.q duz

1 yumurta

1/3 st ilıq su

Yuxaları yaymaq üçün 2-3 x.q un

Üstü üçün:

400-500 q qoyun əti

3 ədəd baş soğan

2 x.q əridilmiş kərə yağı

1 ç.q zəfəran

Duz

Istiot

Yanında yemək üçün:

Qatıq

Sarımsaq (zövqə görə)

Ağ pendir

Hazırlanması:

Soğanın qabığını soyduqdan sonra yuyub dörd bölüb nazik doğrayırıq. Zəfəranın üstünə qaynar su töküb dəm almağa qoyuruq.

Soğanın üstünə duz və əridilmiş yağ töküb qızılı rəngdə olanadək qızardırıq.

10-15 qramlıq tikələrə doğranmış qoyun ətini suda bişirdikdən sonra qızardılmış soğanın üstünə əlavə edib 10 dəqiqə qovururuq.

Dəmlənmiş zəfəran suyunu ətin üstünə töküb duz və istiotu əlavə edib yağa düşənə qədər bişiririk. Ət qovurmamız hazırdı.

Ələnmiş una duz, yumurta və su əlavə edib qaşıqla qarışdırırıq.

Əlimizlə normal xəmir yoğururuq.

Xəmiri üç hissəyə bölürük.

Kündələrin hamısını un səpib nazikdən bir az qalın yuxa yayırıq.

Yuxaları romb şəklində kəsirik.

4 l qazanda su qaynadıb 1 ç.q duz əlavə edib kəsdiyimiz yuxaları hamısını bir-bir tez töküb qarışdırırıq.(İstəsəniz suya 1-2 x.q bitki yağı tökün onda yuxalar bir-birinə yapışmayacaq.)

5-10 dəqiqə qaynadıqdan sonra aşsüzəndə süzürük.

Süzülmüz xingalı boşqablara yığıb üstünə ət qovurmamızı tökürük və yanında yemək üçün sarımsaqlı qatıq və ovulmuş pendir qoyuruq. Zövqə görə istəsəniz əlavə olaraq yeməyə əridilmiş yağ tökə bilərsiniz.

Nuş olsun!

Comments

comments