Türk mətbəxi

Ərzaqlar:


(4 nəfərlik)
5 st süd
1 st şəkər tozu
1/2 st düyü
2 x.q nişasta(qarğıdalı ya da buğda)
1 paket vanil
2 st su

Hazırlanması:

Düyünü təmizləyib yuyub suda bişiririk.

Suyu çəkilənə yaxın südü əlavə edirik. Süddən 2/3 st saxlayırıq.


Ocaqdakı südü dayanmadan qarışdırırıq.Sonra südü qaynamağa başlayanda şəkər tozunu və vanili əlavə edirik.5-10 dəqiqə qarışdıraraq bişiririk.2/3 st südü nişasta ilə tam açılanadək çalırıq.

Nişastalı südü yavaş – yavaş qazana əlavə edib dayanmadan qarışdırırıq.5-10 dəqiqə bişirib götürürük.

Qablara töküb soba qabına qoyuruq. Soba qabına qabların ortasına çıxana qədər soyuq su tökürük.

200 dərəcədə qızdırılmış sobada üzü qızaranadək bişiririk.Sobadan çıxarılmış sutlaçları soyuduqdan sonra süfrəyə verə bilərsiniz.

Nuş olsun!

Comments

comments