Ərzaqlar:
Sütül qarğıdalı
Su
Zövqə görə duz
Hazırlanması:
Sütül qarğıdalıların qabığını təmizləyib qazana yığırıq. Üstünə çıxana qədər su töküb normal odun üzərinə bişməyə qoyuruq. Qarğıdalının bərk olub olmamasından asılı olaraq gec ya tez bişir.
Arada baxırıq tam bişibsə götürürük.Əgər tam bişməsə suyu azalsa əlavə su tökə bilərsiniz.
Bişmiş qarğıdalı zövqə görə üstünə duz səpilərək yeyilir.
Nuş olsun!