Vitaminləri cəhətdən zəngin olan süd məhsulları xüsusi ilə böyümə və sümük sağlamlığının qorunmasında çox vacibdir. Qidalanma proqramımızda mütləq qəbul olunması lazım olan süd məhsullarının təzəliyini qoruya bilmək üçün saxlama şərtlərinin necə olmasını bilmək lazımdır.
Pendir, qatıq, kərə yağı kimi süd məhsullarının xarab olmadan və qida dəyərlərini qoruyaraq mühafizə etmək üçün təmin olunması lazım gələn saxlama şərtlərini sizinlə bölüşürük:
Süd məhsullarının soyuducuda saxlanılmasında ümumi olaraq diqqət edilməsi lazım olan ilk qayda, məhsulların satın alındıqdan sonra ən qısa zamanda soyuducuya yerləşdirilməsidir. Məhsullar soyuducuda +4 +6 0C arasındakı temperaturda saxlanılmalıdır. Bu səbəbdən məhsullar tez-tez açılma səbəbi ilə soyuducunun qapaq hissəsinə və ya rəflərin qapağa yaxın hissəsinə yerləşdirilməlidir. Məhsullar istifadə edilərkən porsiyalara ayrılmalı və o şəkildə süfərəyə verilməlidir.
Soyuducuya geri qoyulacaq məhsulları isə təmiz bir qabda saxlamaq lazımdır. Süd məhsullarının qoxunu özünə çəkməməsi və mikrobioloji təsirə məruz qalmaması üçün, qoyulduqları qabların mütləq bağlı olması lazımdır. Fərqli məhsullar eyni qab içində saxlanılmamalıdır. Məhsulların etiketi üzərində bildirilən son istifadə tarixləri izlənməli və bu tarixdən sonra istifadə edilməməlidir.
Ağ pendir
Xüsusilə duzlu su içində satılan ağ pendirlər soyuducuda su içində ağzı bağlı şəkildə saxlanıla bilər və ya hava girməyən bir qabda, ya da streç lentə sarılaraq soyuducuda saxlanılmalıdır. Ağ pendirin üzərində təbii və pasterizə edilmiş süddən düzəldilmişdir yazısı varsa, açıqda saxlamaq olmaz.
Holland pendiri
Hava ilə təmasda olması istənməyən bir məhsuldur. Paket açıldıqdan sonra qalan hissəsi mütləq streçlə bükülməli və ya hava keçirməz qaba qoyulmalıdır. Bəzi tip çedder pendirləri xüsusi olaraq kifli şəkildə satılır. Lakin etiketində bildirilməyibsə, kifli çedder pendirini istifadə etmək olmaz.
Krem pendir (qaymaqlı pendir)
Paketi açılıb porsiyalar şəklində süfrəyə verilməli və daim bağlı şəkildə soyuducuda saxlanılmalıdır.
Hörüklü pendir
Açıldıqdan sonra streçə bükülməli və ya hava keçirməyən bir qabın içinə qoyulmalıdır.
Qatıq
Uzun müddət saxlanılmamalı və soyuducuya qoyulmalıdır. Qatıq kimyəvi tərkibinə görə ən az 80% sudan ibarətdir. Bu səbəbdən zərbə nəticəsində sınmalara məruz qala bilər.
Kərə yağı
Qoxunu canına çəkmək özəlliyi çox yüksək bir məhsuldur. Dolayısı ilə hava keçirməyəcək şəkildə streçə bükülməli və hava keçirməz qabda saxlanılmalıdır.