Ərzaqlar:
2 ədəd yumurta
3 st un
1 st su
3 st süd(2 st su, 2 st süd də götürə bilərsiniz)
1/3 ç.q duz
1 ç.q soda
Qızartmaq üçün:
Duru yağ
Aralarına səpmək üçün:
Şəkər tozu
Hazırlanması:
Su, süd,yumurta, duz və sodanı bir qaba töküb çalırıq.
Unu əlavə edib həll olanadək çalırıq.
Tavanı qızdırıb yağ çəkib bir balaça abgərdən qarışıqdan tökürük.Hər iki üzünü qızardırıq.
Götürən kimi üstünə şəkər tozu səpirik.
Bu qayda ilə hamısını bişiririk.
Südçörəyini isti-isti süfrəyə veririk.
Nuş olsun!