Azərbaycanın milli xörəklərindən biridir.

Ərzaqlar:

Xəmir üçün:

4 st un

1 ç.q duz

İlıq su (aparanadək)

İçlik:

500-600 q şor ya da kəsmik (Kəsmik quru olmalıdır)

1 ədəd baş soğan

Duz

Zövqə görə sumaq ya da nar dənələri

Yuxaları yaymaq üçün: un

Süfrəyə verilərkən qızdırmaq üçün:

Kərə yağı (ya da quyruq və ya bitki yağı)

Hazırlanması:

Un duz və ilıq suyu qarışdırıb yumşaq xəmir yoğururuq. Xəmirin qurumaması üçün üstünü salafan ilə örtürük.

İçliyi hazırlayırıq. Soğanın qabığını soyub yuduqdan sonra xırda doğrayırıq.

Doğranmış soğanın üstünə az duz səpib əlimiz ilə sıxıb əzirik acı suyu çıxır.

İstəsəniz kətəyə kəsmiyi, narı(sumağı) və soğanı bir yerə duz töküb qarışdırıb qoya bilərsiniz ya da ayrı-ayrı tökə bilərsiniz.

Xəmirdən 10-11 kündə düzəldirik.

Kündənin birini götürüb un səpib nazik yuxa yayırıq.

Yayılmış yuxanın bir tərəfinə içlik qoyuruq.

Qatlayıb yanlarını əlimiz ilə bərkidirik ki, açılmasın.

Hazır kətənin normal odda qızmış sacın üstündə hər iki tərəfini qızardırıq.

Bu qayda ilə bütün kətələri düzəldirik. Kətənin üstünə bişirib götürəndə kərə yağı cəkəndə yumşaq olur. Kətəni süfrəyə verəndə yağda (kərə, bitki və quyruq) qızdırırıq. Zövqə görə üstünə sumaq səpirik.  

Nuş olsun!

Comments

comments