Sоğаnkimilər fəsiləsindən olan bitki cinsidir. Azərbaycanda 47 yabanı növü var. 6 növü becərilir. Ən çox yayılanı baş soğandır. Baş soğanın tərkibində 2,4 – 14 % şəkər, 2-13,9 mq % C vitamini , 12 -162 mq % efir yağı, yarpağında 25 – 47, 7 mq % C vitamini, 1,3- 5,9 mq % karotin, həmçinin azotlu maddələr və yod vardır. Soğanda bəzi mikroorqanizmləri məhv edən fitonsidlər olduğundan ondan müalicə məqsədilə istifadə olunur, tərkibində yod olduğu üçün ateroskleroz və hipertoniya xəstəliyinin sklerotik forması zamanı tətbiq olunur. Skorbut, avitaminoz, şəkərli diabet xəstəliklərinin müalicəsində işlədilir. Azərbaycan mətbəxində istər ətli, istərsə də ətsiz xörəklərdə çox işlənən tərəvəz bitkisidir. Xörəklərin bişirilməsində ən çox baş soğan işlədilir. Baş soğan soyulduqdan sonra hər xörəyin tələb etdiyi formada doğranır. Miqdarı xörəkdən və bişirənin zövqündən asılıdır. Küftə, tava kababı, dolma və s. kimi xörəklərdə soğanı ətlə birlikdə tох- mагlа döyüр, yaxud nаrın dоğrаyırlаr (müаsir dövrdə ətçəkən maşından keçirirlər). Bir çox xörəklərə (duru xəmir xörəkləri, şabalıdlı plov qarasına, ətsiz şorbalara, müxtəlif çığırtmalara və s.) soğanı yağda soğança halında tökürlər. Göy və baş soğan süfrəyə məzələrin tərkibində göyərti ilə birlikdə və ya sərbəst şəkildə verilir

Comments

comments