Хalq arasında "qırxdüymə" adı ilə də tanınır. Əməköməcilər fəsiləsindən bitki cinsidir. Bir-iki və ya çoxillik otlardır. Tam kənarlı və ya dilimli yarpaqları uzun saplaqlıdır. Iri əlvan çiçəkləri yarpaq qoltuğunda yerləşir. Azərbaycanda on növü yayılmışdır. Əmənköməci əsasən, bağ və bostanlarda, əkin sahələrində alaq kimi bitir. Xalq təbabətində iltihaba qarşı işlədilir. Yarpaqlarında C vitamini və karotin var. Çiçəyindən alınan rəngdən yun boyanmasında və şərabçılıqda istifadə olunur. Azərbaycanda əməköməcidən göyərti şorbası, dolma və başqa yeməklərin hazılanmasında istiфadə edilir.

Comments

comments