Ərzaqlar:

1 kq çəkilmiş qoyun əti

6-7 ədəd pomidor

6-7 ədəd balaca badımcan

5 ədəd orta baş soğan

2 ədəd şirin bibər

3 diş sarımsaq

150 q holland pendiri

2 x.q əridilmiş kərə yağı

4-5 x.q zeytun yağı

Ç.q ucunda sarıkök

Duz

Istiot

Hazırlanması:

Soğanın qabığını soyub yuduqdan sonra 3 ədədini çəkib çəkilmiş ətə əlavə edirik. Üstünə duz, istiot və sarıkök səpib yaxşı qarışdırırıq.

Sarımsaq ilə soğanı xırda doğrayırıq.

Badımcanın qabığını soyub doğrayıb duzlayırıq. 10 dəqiqə sonra sıxıb acı suyunu sıxırıq və yuyuruq.

Pomidorun qabığını soyub xırda doğrayırıq.

Bibər də yuduqdan sonra xırda doğrayırıq.

Bütün tərəvəzləri duz, istiot və yağ töküb qarışdırırıq.

Əti kotlet formasına salıb qaba yığırıq.

Qarışdırdığımız tərəvəzləri kotletin üstünə töküb yayırıq.

200 dərəcədə qızdırılmış sobada yağa düşənə qədər bişiririk.

Pendiri süzgəcdən keçirib üstünə səpib yenidən sobaya qoyuruq.

Pendir əriyib az rəngi dəyişən kimi götürürük.

Zövqə görə bəzəyib süfrəyə veririk.

Nuş olsun!

Comments

comments