Ərzaqlar:

500 q çəkilmiş qoyun əti

2 ədəd baş soğan

2-3 diş sarımsaq

1/3 ç.q qırmızı bibər

Duz

Istiot

Bəzəmək üçün:

1 x.q sumax

1 ədəd qırmızı baş soğan

Qabı yağlamaq üçün:

Bitki yağı

Hazırlanması:

Soğanı təmizləyib yuduqdan sonra ya ətlə bir ət maşınında keçiririk, ya da sürtgəcdən keçirib ətə qatırıq.

Çəkilmiş ətin üstünə soğan, duz, istiot, qırmızı bibər və sürtgəcdən keçirilmiş sarımsaq töküb yaxşı qarışdırırıq.

Ətdən az görürüb əlimizdə formaya salırıq.

Sonra çubuğu ətin ortasına qoyub əlimiz ilə şəkildəki kimi düzəldirik.

Qaba kağız sərib yağlayıb hazıryadığımız lülələri düzürük. (Kağızsız da qabı yağlayıb qoymaq olar)

200 dərəcə qızdırılmış sobada hər iki üzü qızaranadək bişiririk. Bir üzü qızaranda o biri üzünü çeviririk.

Qırmızı soğanı halqa doğrayırıq.

Bişmiş lüləni süfrəyə verdikdə zövqə görə üstünə sumax və doğranmış soğan qoyub bəzəyirik.

Nuş olsun!

Comments

comments