
Ərzaqlar:

1 kq quzu əti
2 x.q pomidor məti
1/2 st süd
5-6 x.q zeytun yağı
Duz
Istiot
Qırmızı pul bibər
Qırmızı poz bibər
2 x.q kəklikotu
Zövqə görə kababın yanında istəsəniz:
2 ədəd pomidor
2 ədəd acı bibər
2 ədəd şirin bibər
Hazırlanması:
Əti xırda quşbaşı doğrayırıq.

Sonra əti yuyub bir dərin qaba tökürük. Üstünə duz, istiot, pul bibər, toz bibər, pomidor məti, süd, kəklikotu və zeytun yağı tökürük.Yaxşı qarışdırırıq.

Qarışığı sərin yerdə 2-3 saat saxlayırıq.

Sonra çubuqlara əti keçiririk.

Soba qabına kağız sərib şişləri yan-yana yığırıq.

Zövqə görə istəsəniz tərəvəzləri yuduqdan sonra pomidoru 2-4 yerə bölüb, bibərləri diri kababın yanına yığırıq. Ya da bişirməyib çiy də qoya bilərsiniz.

190-200 dərəcə qızdırılmış sobada qızaranadək (1-1,5 saata) bişiririk. Bir tərəfi qızardıqda alt tərəfini də çeviririk ki, hər tərəfi yaxşı qızarsın.

Nuş olsun!






























