Ərzaqlar:

1 paket düz makaron
350 q çəkilmiş ət
1 ç.q pomidor ləti
3 ədəd baş soğan
2 x.q əridilmiş kərə yağı
3 x.q duru yağ
100 q kaşar pendiri
Duz
İstiot

Hazırlanması:

Soğanın qabığını soyub yuduqdan sonra xırda doğrayırıq.

Tavaya töküb üstünə az duz səpib, yağ töküb qovururuq.

Soğanın üstünə çəkilmiş əti də əlavə edib qovururuq. Tomatı töküb 2-3 dəqiqə qarışdırıb zövqə görə duz və istiotunu əlavə edib, tam hazır olanadək bişiririk.

Duzlu suda makaronu bişirib süzürük.
Üstünə duru yağı töküb qarışdırırıq.
Tort bişirdiyimiz qabı götürüb yağlayıb makaronları dikinə yığırıq.

Üstünə qiyməni əlavə edirik.

Sonra pendiri sürtgəcdən keçirib səpirik.

200 dərəcə qızmış sobada üzü qızarana kimi bişiririk.

Nuş olsun!

Comments

comments