Ərzaqlar:
400-500 q çəkilmiş ət
1 baş soğan
1-2 diş sarımsaq
1 ədəd yumurta
1 x.q un
1 balaca dəstə cəfəri
Duz
İstiot
Məti üçün:
5-6 pomidor
1 ədəd şirin bibər
2 x.q əridilmişkərə yağı ya da duru yağ
Duz
Istiot
Üzü üçün:
100 q kaşar pendir
Hazırlanması:
Soğan ilə sarımsağı təmizləyib yuyub blenderdən keçiririk. Çəkilmiş ətin üstünə çəkilmiş soğan ilə sarımsaq, duz, istiot, yumurta, un və təmizlənib yuyulmuş xırda doğranmış cəfərini töküb qarışdırırıq.
Soba qabına ətdən kotletlər düzəldib yan-yana yığırıq.
180 dərəcə qızdırılmış sobada 25-30 dəq bişiririk. Kotletlər bişənədək pomidor mətini hazırlayırıq.
Məti hazırlamaq üçün yuyulub təmizlənmuş bibəri xırda doğrayırıq. Pomidoru yuduqdan sonra qabığını soyub xırda doğrayırıq. Doğranmış pomidor ilə bibəri odun üstünə qoyub bişiririk.
Suyu çəkildikdə yağını tökürük. Yağda da 5 dəqiqə qovururuq. Duz və istiotunu tökürük.
Pendiri sürtgəcin xırda gözündən keçiririk.
Bişmiş kotleti çıxarıb üstünə hazırladığımız pomidor mətini tökürük. Yenidən sobaya qoyub 10-15 dəqiqə bişiririk.
Sonra çıxarıb üstünə pendiri səpib yenidən bişmək üçün 5-10 dəqiqə sobaya qoyuruq.
Yeməyimiz hazırdır.
Yeməyi isti-isti süfrəyə veririk.
Nuş olsun!