Ərzaqlar:

6-7 ədəd orta ölçülü kartof
25 q kərə yağı
100 q kaşar ya da holland pendiri
1 st süd
Duz
İstiot

Hazırlanması:

Kartofun qabığını soyub yuduqdan sonra qazana qoyub üstünə çıxanadək su töküb ocağın üstünə bişməyə qoyuruq.
Tam bişib suyu çəkildikdə əzirik.

Üstünə yağı, duzu və istiotu töküb qarışdırırıq.

Tam qarışdıqdan sonra südü əlavə edib qarışdırırıq.

Sonra pendiri sürtgəcdən keçirib, yarısını pürenin üstünə töküb qarışdırırıq.

Kirəmit qaba tökürük.Üstünə qalan pendiri səpirik.

210 dərəcə qızmış sobada üzü qızılı rəngdə olanadək bişiririk.

Nuş olsun!

Comments

comments