Ərzaqlar:

1 paket makaron

500 q hazır qiymə

2 ədəd yumurta

1 st süd

3 x.q mayonez (ya da xama)

3 ədəd pomidor

150 q pendir

1 x.q ərinmiş kərə yağı

2 x.q bitki yağı

Duz

Hazırlanması:

5 l qaza su töküb qaynadırıq. Su qaynayanda 2 ç.q duz tökürük və makaronu töküb bişiririk.
Makaronu suya tökən kimi qarışdırmaq lazımdır ki bir-birinə yapışmasın.

Makaron bişəndə onu süzürük.

Süzülmüş makaronu bitki yağı ilə yağlayırıq.

Tavanı yağlayıb makaronun yarısını tökürük.

Qiyməni makaronun üstünə tökürük.

Qalan makaronu qiymənin üstünə töküb yayırıq.

Ərinmiş kərə yağını makaronun üstünə tökürük.

Süd ilə yumurtabı bir qabda çalırıq.

Çaldığımız qarışığı makaronun üstünə tökürük.
Sonra mayonezi makaronun üstünə yayırıq.

Pomidorun qabığını soyub halqa doğrayırıq.

Doğranmış pomidor halqalarını mayonezin üstünə düzürük.

Pendiri sürtgəcdən keçiririk.

Sürtgəcdən keçirilmiş pendiri pomidorun üstünə səpirik.

200-220 dərəcədə qızdırılmış sobada üzü yanları tam qızaranadək bişiririk.

Nuş olsun!

Comments

comments