Ərzaqlar:

500 q makaron (1 paket )

3 ədəd yumurta

2 st süd

200 q kaşar pendir

2 x.q əridilmiş kərə yağı

Duz

Istiot

Hazırlanması:

Pendiri süzgəcdən keçiririk.

Adi qaydada duzlu suda makaronu bişiririk. Süzdükdən sonra yağı içinə töküb qarışdırırıq.

Pendirin yarısını makaronun içinə töküb qarışdırırıq.

Südüdə yumurtanı zövqə görə duz və istiotu əlavə edib çalırıq.

Qabı yağlayıb makaronu tökürük.

Üstünə süd qarışığını əlavə edirik. Qalan pendiri də üstünə səpirik.

180 dərəçədə qızdırılmış sobada üzü qızaranadək bişiririk. Bişdikdə südü olmayacaq.

Yeməyi isti-isti süfrəyə veririk.

Nuş olsun!

Comments

comments