Ərzaqlar:


1 ədəd hinduşqa
1 ədəd baş soğan
1 ədəd limon
1 x.q pomidor məti(tomat)
4-5 x.q zeytun yağı
Duz
Istiot

Hazırlanması:

Hinduşqanı təmizləyib yuyuruq.Soğanı təmizləyib yuyuruq.İçini və üstünü duz və istiotlayırıq.Soğanı diri-doğramadan hinduşqanın içinə qoyuruq.

Soba torbasına qoyub 180-200 dərəcədə 2 saat bişiririk.
Sonra limonun suyunu bir qaba sıxıb üstünə yağı, pomidor mətini və az duz və istiotu əlavə edib qarışdırırıq.

Soba torbasını kəsib hinduşqanı götürüb qaba qoyub hazırladığımız şirəni üstünə çəkirik.

Yenidən sobaya bişməyə qoyuruq.Tam qızaranadək bişirib götürürük.


Nuş olsun!

Comments

comments