Ərzaqlar:

500 q sümüksüz qoyun ya da mal əti(toyuq əti də ola bilə)

100-150 q holland ya da kaşar pendir

3 ədəd pomidor

5 ədəd balaca baş soğan

2 ədəd şirin bibər

1 ədəd acı bibər

5-6 ədəd badımcan

6-7 ədəd kartof

Duru yağ

Duz

Istiot

Hazırlanması:

Quşbaşı doğranmış qoyun ya da mal ətini duzlu suda bişiririk.

Tərəvəzlərin hamısını yuyub təmizlədikdən sonra çəkildəki kimi doğrayırıq. Badımcanın üstünə az duz səpib acı suyunu çıxarırıq. Sonra yuyub qızardırıq.





Kartofu, badımcan ilə bibəri az duz və istiot səpib yağda qızardırıq.


Ətu sudan çıxarıb yağda az qovurub üstünə soğanı töküb qovururuq. Duz və istiot az səpirik.

Sonra üstünə doğranmış pomidoru töküb suyu çəkilənədək qovururuq.

Bütün bişirdiyimiz tləri və əti qaba yığırıq.

190-200 dərəcə qızdırılmış sobada qaynamağa başlayanadək bişiririk.

Sonra çıxarıb üstünə süzgəcdən keçirilmiş pendiri səpib yenidən sobaya qoyuruq.

Pendir əriyib rəngini az dəyişən kimi yeməyi sobadan çıxarırıq.

Yeməyi isti-isti süfrəyə veririk.

Nuş olsun!

Comments

comments