Ərzaqlar: (5 nəfərlik)500 q çəkilmiş qoyun əti, 3 ədəd baş soğan, 3 ədəd pomidor, 3 ədəd badımcan, 3 ədəd kartof, 1 ədəd şirin bibər, 2 x.q əridilmiş kərə yağı, 100 q pendir, 1 x.q mayonez, duz, istiot

Qızartmaq üçün:

Bitki yağı

Hazırlanması:

Çıkilmiş ətə soğanın qabığını soyub yuduqdan sonra sürtgəcdən keçirib duz və istiot töküb qarışdırırıq. (Soğanı ət ilə birgə ət maşınından da keçirə bilərsiniz). Ətdən 5 ədəd böyük nazik dairələr düzəldib birki yağında hər iki üzünü qızardırıq.Soğanın qabığını soyub yuduqdan sonra xırda doğrayırıq.Tavaya xırda doğranmış soğan əridilmiş kərə yağı və duz töküb qızılı rəngdə olana qədər qovururuq.Badımcanın qabığını soyub nazik uzun doğrayırıq.Doğranmış badımcanı  az  duzlayıb 5 dəq saxlayırıq.Sonra sıxıb suda yuyuruq sıxıb suyunu süzürük və qovrulmuş soğanın üstünə əlavə edib 10 dəqiqə qovururuq.Bibəri yuyub xirda doğrayırıq.Doğranmış bibəri qovurmanın üstünə əlavə edib 5 dəqiqə qovururuq.Pomidoru yuyub halqa doğrayırıq.Əsas böyük 5 ədəd halqanı saxlayıb qalanları xırda doğrayırıq.Doğranmış pomidoru qovurmaya əlavə edib 5 dəqiqə qovururuq.Qovurmanin duz istiotunu töküb mayonezini əlavə edib vam odda 10 dəqiqə bişiririk.Sonra isə kartofun qabığını təmizləyib yuyub 4 yerə bölüb doğrayırıq.Başqa bir tava götürüb bitki yağı töküb kartofu qızardıb duzlayırıq.Pendiri sürtgəcin böyük ya da balaca gözündən keçiririk.Qab götürüb əvvəlcə qızartdığımız ətləri aralı düzürük və yağı dibinə tökürük.Üstünə hazırladığımız tərəvəzli qovurmanı qoyuruq.Tərəvəzli qovurmanın üstündən qızardılmış kartofları yığırıq.Kartofun üstünə isə halqa pamidorları qoyuruq.Sobanı 210 dərəcədə qızdırıb yeməyi 10 dəqiqə bişiririk. Sonra çıxarıb üstünə pendiri yığıb yenidən 10 dəqiqə sobaya qoyuruq.Yeməyimiz hazırdı.

Nuş olsun!

sobada soslu et, ətli soba yeməyi necə hzırlanır

Comments

comments