Ərzaqlar:500 q doğranmış balıq, 1 balaca dəstə cəfəri, 1 ədəd limon, 3-x.q duru yağ, 2-3 diş sarımsaq, zövqə görə duz

Hazırlanması:

Cəfərini təmizləyib yuyub xırda doğrayırıq.Təmizlənib yuyulmuş balığın üstünə cəfərini, xırda doğranmış sarımsağı, limon suyunu, yağı və zövqə görə duzu əlavə edib qarışdırırıq.200 dərəcə qızdırılmış sobada qızaranadək bişiririk.

Nuş olsun!

Comments

comments