Ərzaqlar:

500 q toyuq əti
2 ədəd baş soğan
1 ədəd şirin bibər
2 ədəd pomidor
1 x.q pomidor məti (tomat)
3 diş sarımsaq
2 x.q əridilmiş kərə yağı
Duz
İstiot
Beşamel sous üçün:
3 x.qun
2 st süd
1 x.q əridilmiş kərə yağı
Duz
İstiot
Üzü üçün: pendir

Hazırlanması:

Tərəvəzləri yuyub təmizləyirik.
Soğanı və sarımsağı xırda doğrayırıq.

Üstünə az duz səpib yağ töküb qızılı rəngdə olanadək qızardırıq.

Sonra üstünə toyuğun döş ətini doğrayıb tökürük. 5-10 dəqiqə bişiririk.


Bibəri və pomidoru uzun doğrayıb üstünə əlavə edirik.


Sonra pomidor mətini (tomatı) əlavə edib qovururuq. 10 dəqiqə vam odda bişiririk.
Hazır olana yaxın duz və istiotunu tökürük.

İsti-isti soba qabınatökübyayırıq.

Beşamel sousu hazırlamaq üçün unu yağ ilə qovururuq. Üstünə südü əlavə edib qatılaşanadək bişiririk. Az duz istiot səpirik.
Beşamel sousunu toyuğun döş ətinin üstünə töküb yayırıq

200 dərəcə qızdırılmış sobada qaynamağa başlayanda çıxardırıq.

Üstünə pendiri sürtgəcdən keçirib səpirik və yenidən sobaya qoyuruq.

Üstü az qızaranda götürürük.

Nuş olsun!

Comments

comments