Ərzaqlar:


1 kq toyuq əti

2 ədəd baş soğan

2 ədəd şirin bibər

2 ədəd pomidor

1 x.q pomidor məti (tomatı)

3 diş sarımsaq

3 x.q əridilmiş kərə yağı

100 q holland ya da kaşar pendir

Duz

Istiot

Beşamel sos üçün:

2 st süd

1 x.q yağ

3 x.q un

Duz

Istiot

Hazırlanması:

Toyuq ətini təmizləyib, yuyub duzlu suda bişiririk.Sonra yağda toyuq ətini sudan çıxarıb qızardırıq. Duz, istiot səpirik.

Bibəri və pomidoru yuyub təmizləyib doğrayırıq.


Soğan ilə sarımsağın qabığını təmizləyib, yuyub, xırda doğrayırıq.

Soğan ilə sarımsağın üstünə duz və yağ əlavə edib 2-3 dəqiqə sonra qızarmış toyuğu üstünə tökürük.

3 dəqiqə kimi qovurub pomidor, pomidor mətini və bibəri əlavə edib qarışdırırıq.Qoyuruq van odda 5 dəqiqə kimi bişir. Duz və istiotunu əlavə edirik.

Pendiri sürtgəcdən keçiririk.

Un ilə yağı qarışdırıb unu qızılı rəng olanadək qovururuq.

Sonra üstünə az-az süd əlavə edib qarışdırırıq. Qatılaşanadək qarışdırırıq.Sonra üstünə az duz və istiot səpirik.

Qaba birinci toyuq ilə tərəvəzi tökürük.

Sonra üstünə beşamel sosunu töküb 210 dərəcə qızdırılmış sobada 15 dəqiqə kimi bişiririk.

Qaynamağa başlayanda çıxardırıq.

Üstünə pendir səpib yenidən sobaya qoyuruq.

Pendir əriyib qızılı rəng olan kimi yeməyi sobadan götürürük.

Yeməyi isti-isti süfrəyə veririk.

Nuş olsun!

Comments

comments