Ərzaqlar:
4 ədəd turş alma
3-4 x.q çəkilmiş qoz ləpəsi
3 x.q bal
Hazırlanması:
Almaları yuyub içini ovub çıxardırıq.
Qoz ilə balı qarışdırırıq.
Qarışığı almaların içinə yığırıq.
170 dərəcədə qızdırılmış sobada 40-45 dəqiqəyə bişiririk.
Alma qəlyanaltısı süfrəyə zövqə görə isti vəya soyuq halda verilir.
Nuş olsun!