Ərzaqlar:
500 q balıq
1 dəstə cəfəri
3 ədəd pamidor
2 ədəd baş soğan
Duz
Bitki yağı
Hazırlanması:
Soğanın qabığını soyub yuduqdan sonra iki bölüb nazik doğrayırıq. Qaba tökəndə əlimizlə az əzirik.
Balığı təmizləyib yuyub balaca tikələrə böldükdən sonra duzlayıb soğanın üstünə yığırıq.
Cəfərini təmizləyib yuduqdan sonra xırda doğrayıb balığın üstünə səpirik.
Pamidoru yuyuyb halqa doğrayırıq və cəfərinin üstündən yan-yana yığırıq. Üstünə duz səpirik. Yağı əlavə edirik.
170 dərəcə qızdırılmış sobada suyu çəkilib yağa düşənə qədər bişiririk.
Nuş olsun!