Ərzaqlar:

2 ədəd badımcan (oval, yumru), 6 ədəd kartof, 250 q hazır bişmiş qiymə, 150 q Holland ya da kaşar pendiri, 1/2(yarım) st süd, 25 q kərə yağı, duz, istiot, duru yağ

Hazırlanması:

250 q çəkilmişət ilə 1 baş soğanı çəkib qarışdırıb yağda qovurub bişiririk. Zövqə görə duz və istiotunu tökürük. Badımcanları aralı olmaqla qabığını soyub halqa doğrayırıq. Üstünə duz səpib 15-20 dəq saxlayırıq. Sonra sıxıb acı suyunu çıxardırıq. Sonra yuyub az duzlayırıq. Tavada yağda hər iki üzünü qızardırıq.Kartofun qabığını soyub yuduqdan sonar iki bölüb üstünə su töküb bişiririk. Tam bişdikdə kartof əzənlə əzirik. Üstünə südü, kərə yağını və zövqə görə duzu və istiotu töküb qarışdırırıq.Pendiri sürtgəcin gözündən keçiririk.Soba qabına kağız sərib əvvəlcə badımcanlarl bir qat düzürük.
Sonra üstünə bişmiş hazır qiymə tökürük.Qiymənin üstünə kartof əzməsini tökürük.Kartof əzməsinin üstündən pendiri səpirik.200 dərəcə qızdırılmış sobada üzü qızılı rəngdə olanadək bişiririk.Hazır yeməyi isti-isti süfrəyə veririk.

Nuş olsun!

kartoflu badımcan hazırlanması, sobada kartoflu badımcanı necə hazırlamaq olar 

Comments

comments