Ərzaqlar:

4 ədəd börək yuxası

300 q ağ pendir

1 balaca dəstə cəfəri

Qızartmaq üçün duru yağ

Hazırlanması:

İçliyi hazırlamaq üçün pendiri sürtgəcdən keçirdirik ya da çəngəl ilə əzirik.

Cəfərini təmizləyib yuyub xırda doğrayırıq.

Pendir ilə cəfərini qarışdırırıq. Içliyimiz hazırdır.

Hazır börək yuxalarının hər birini 6 yerə bölürük.

Kəsilmiş yuxanın birini götürüb içlik qoyub şəkildəki kimi büküb ucuna su vurub yapışdırırıq.

Yuxaların hamısını bu şəkildə hazırlayırıq.

Tavada yağı qızdırıb hər tərəfini qızardırıq.

Comments

comments