Ərzaqlar:
1 st mərcimək
4-5 x.q zeytun yağı
2-3 diş sarımsaq
1 x. q un
1 ç.q nanə qurusu
Duz
Istiot
4 st ət suyun + 2 st su
Hazırlanması:
Mərciməyi yuyub üstünə suyu və ət suyunu töküb bişməyə qoyuruq. Bişdikdə setka qaşığla çalırıq.
Sarımsağın qabığını soyub yuduqdan sonra xırda doğrayırıq.
Sarımsağın üstünə yağı əlavə edib az qovururuq.
Üstünə unu əlavə edib 2-3 dəqiqə qarışdırıb götürürük.
Sarımsaqlı un qovurmasını mərciməyin üstünə əlavə edib qarışdırırıq.
Yeməyin kəfini yığırıq.Yemək hazır olmağa 5-10 dəqiqə qalmış duz, istiot və quru nanəni tökürük.
Nuş olsun!