Ərzaqlar:

500 q toyuq əti

6 ədəd kartof

3 ədəd badımcan

3 ədəd şirin bibər

4 ədəd pomidor

1 ədəd nar

3 ədəd baş soğan

Duz

Istiot

Qızartmaq üçün zeytun yağı

Hazırlanması:

Toyuq ətini duzlu suda bişiririk. Bişdikdən sonra tavada yağda qızardırıq.

Kartofun qabığını soyub yuduqdan sonra halqa doğrayıb yağda duz və istiot töküb qızardırıq.

Badımcanın qabığını soyub halqa doğrayıb duzlayırıq. Sonra acı suyunu çıxarıb yuyub sıxırıq. Tavada yağda duz səpib hər iki üzünü qızardırıq.

Soğanın qabığını soyub doğrayıb yağda qızılı rəngdə olanadək qızardırıq. Pomidoru və bibəri də halqa doğrayıb tavada duz və istiot səpib az qızardırıq.

Bütün ərzaqlar qızardılıb hazır olduqda saca birincı badımcan qızartmasını düzürük.

Ortasına soğan qovurması ilə toyuq qızartmasını qarışdırıb tökürük.

Yanlara isə kartof, pomidor və bibəri düzürük. Nar dənəsini tökürük. Sacı vam odda 20 dəqiqəyə dəm almağa qoyuruq. Sacı dəm almağa qoyduqda ağzını qapaqla ya da falqa kağızı ilə örtürük.

Nuş olsun!

Comments

comments