Ərzaqlar:
3 ədəd bibər
3 ədəd tutma xiyar
2 ədəd pomidor
2 ədəd yumurta
1 ədəd limon
200 q toyuğun döş əti
3-4 x.q zeytun yağı
Duz
Istiot
Hazırlanması:
Toyuğun döş ətini duzlu suda bişiririk. Soyuduqdan sonra nazik uzun hissələrə bölürük.
Bibərləri yuyub nazik uzun doğrayırıq.
Tutma xiyarı nazik uzun doğrayırıq.
Yumurtanı suda bişirib təmizləyirik. Soyuduqdan sonra nazik uzun doğrayırıq.
Pomidoru yuyub içini götürürük. Üz hissəsini nazik uzun doğrayırıq.
Bütün doğranmış ərzaqları bir qaba töküb qarışdırırıq.
Limon suyunu, yağı, duz və istiotunu əlavə edib qarışdırırıq.
Nuş olsun!