Ərzaqlar:

1,5 kq sümüklü qoyun əti

1 ədəd baş soğan

Ç.q ucunda sarıkök

Duz

Istiot

Hazırlanması:

Yuyulan əti qazana qoyub bişiririk.Suyu qaynamağa başlayanda kəfini yığırıq.

Bişməyə 15-20 dəq qalmış əti suyundan çıxarıb əti qazana yenidən yığırıq.

Soğanın qabığını soyub yuduqdan sonra xırda doğrayırıq.

Xırda doğranmış soğanı və sarıkökü ətin üstünə tökürük. Üstünə duz, istiot və ətin suyundan əlavə edirik.

Hazır olana qədər bişiririk. (Az qatı suyu qalmalıdır)

Nuş olsun!

Comments

comments