Ərzaqlar:

1 kq sümüklü quzu əti

3 ədəd baş soğan

2 ədəd pomidor

2 ədəd kartof

2 ədəd şirin bibər

3 diş sarımsaq

2 x.q əridilmiş kərə yağı

1 ədəd limon

1 dəstə cəfəri

Duz

Istiot

Hazırlanması:

Əti yuyub 1/2 limon suyu, duz istiot töküb qarışdırırıq. Sərin yerdə 1 saat saxlayırıq.

Soğanın qabığını soyub yuduqdan sonra halqa doğrayırıq.

Göyərtini təmizləyib yuyub xırda doğrayırıq.

Kartofun qabığını soyub yuduqdan sonra qalınlığı 1 sm doğrayırıq.

Sarımsağı təmizləyib yuyub xirda doğrayırıq.

Bibəri təmizləyib yuyub doğrayırıq.

Pomidorun qabığını soyub halqa doğrayırıq.

Birinci qazana əti tökürük.

Ətin üstünə soğandan səpirik.

Sonra göyərtinin yarısını tökürük.

Sonra kartofları düzürük.

Kartofun üstünə soğandan səpirik.

Sarımsağı tökürük.

Bibər tökürük.

Pomidoru düzürük.

Qalan soğanı tökürük.

Göyərti tökürük.

Limonun yarısını sıxıb yeməyə əlavə edirik. Yağı, duzu və istiotu toküb vam odda 2-2,5 saata bişiririk.

Suyu çəkilib yağa düşdükdə hazır olacaq.

Nuş olsun!

Comments

comments