Ərzaqlar:

6 st un

1-2 ədəd yumurta

1/3 ç.q sarıkök

1 x.q duz

1ç.q maya

2 st ilıq su (təqribən)

Yuxaları yaymaq üçün un

Hazırlanması:

1/2 st su ilə mayanı qarışdırırıq 5-10 dəqiqə qalır köpüklənir.

Unun ortasını açırıq. Üstünə duz və sarıkökü səpirik.

İçinə yumurtanı və mayanı töküb su da əlavə edib əvvəl qaşıqla qarışdırıb sonra əlimiz ilə xəmir yoğururuq.

Yumşaq xəmir alınacaq. Üstünə sellofan örtüb dəsmal qoyub qoyuruq isti yerdə 1-2 saata acıyır.

Hazır xəmiri 14 yerə bölüb kündələyirik.

Nazik yuxa yayırıq. Qutab yuxası qalın olmamalıdır.

Yayılmış yuxanı sacın üstündə tez-tez hər iki tərəfini təpitib sellofanın içinə qoyuruq. Bütün yuxaları bu şəkildə bişiririk.

Yuxaların hamısını bişirib qurtardıqdan sonra qurumasın deyə isti-isti kəsib istifadə etmək lazımdır.

Hazır yuxalardan düyü qutabı bişirdikdə eni 8 cm olmaqla kəsilib bükülür.

Qoz qutabında isə eni 4-5 cm olmaqla kəsilib bükülür.

Yanlardan qalan yuxalardan xingal üçün istifadə edə bilərsiniz.

Nuş olsun!

Comments

comments